İranlı hakerlərdən Azərbaycan saytlarına hücum

İranlı hakerlər Azərbaycan saytlarına kütləvi hücum edib.
ANN.Az xəbər verir ki, iranlı hakerlərin hücumu nəticəsində "cebhe.info”, "cumhuriyyet.biz” və "axcp.biz” saytlarının fəaliyyəti dayanıb.
Yanvarın 25-i gecə saatlarından başlayan kiberhücumlar nəticəsində saytların fəaliyyətində problemlər yaranıb. Saytların ana səhifəsində hücumun "Peyman Siyahi” adlı iranlı haker tərəfindən edildiyinə dair bildiriş yayılıb.
Ələ keçirilən "cebhe.info” və "cumhuriyyet.biz” saytında hakerlər "İranlı hakerlər burada idilər” qeydini yazıblar.
Saytda həmçinin kiber hücumda iştirak edən digər şəxslərin e-mail ünvanları və adları (M@rAz Ali / MoHaMaD Vaker / Saman Aghdami / shayan 72 / karaji / alihack051 / satan666 /... [email protected]) qeyd edilib.
"Cebhe.info” saytının əməkdaşı ANN.Az-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı sayt və qəzetin rəhbərliyi Mətbuat Şurasını məlumatlandırıb:
"Eyni zamanda, kibercinayətkarlıq faktının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət hazırlanır. Hazırda IT mütəxəssislərimiz hər 3 saytın fəaliyyətinin bərpası istiqamətində çalışır”.
Kamil Əmirli
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























