Kənd təsərrüfatı ilə bağlı qanun hazırlanır

Azərbaycanda "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" yeni qanun hazırlanır.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında komitə sədri Eldar İbrahimov deyib.
Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatının sığortalanması ilə bağlı qanun qəbul olunsa da, həmin qanun müasir zamanın tələblərinə cavab vermədiyindən yeni qanunun hazırlanmasına ehtiyac yaranıb.
"Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Milli Məclisin Aqrar siyasət komitəsinin işçi qrupu qanun üzərində işləyir. Qanunun may ayı ərzində hazır olacağı gözlənilir", - deyə E. İbrahimov vurğulayıb. //APA-Economics
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























