DGK UNEC-lə Anlaşma Memorandumu imzaladı

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadi təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri" adlı elmi-praktik konfrans işə başlayıb.
Konfransda xüsusi qonaq kimi Ümumdünya Gömrük Komitəsinin baş katibi (WCO) Kunio Mikuriya iştirak edir.
Tədbiri giriş sözü ilə Universitetin rektoru Ədalət Muradov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, WCO-nun baş katibi Kunio Mikuriya açıblar.
Konfransa Azərbaycan, Litva, Ukrayna, Laos, Çin, Özbəkistan, Rusiya, Macarıstan, Makedoniya, İtaliya, ABŞ və WCO-nin mütəxəssisləri tərəfindən 27 məruzə təqdim edilib. Tədbir "İqtisadi tənzimləmə vasitələri - beynəlxalq ticarətə dəstək" və "Dövlət nəzarət formaları - hüquqi tənzimləmə" mövzularında paralel sessiyalarla davam edib.
Konfrans zamanı Dövlət Gömrük Komitəsi (DGK) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında anlaşma memorandumu imzalanıb. Sənədi DGK-nın sədri Aydın Əliyev və UNEC-in rektoru Ədalət Muradov imzalayıb.
Memorandum ixtisaslaşdırılmış kadr potensialının artırılması məqsədi daşıyır. //Report
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























