• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan istehlakçıları xərclərinə daha ehtiyatla yanaşmağa başlayıb

Azərbaycan istehlakçıları xərclərinə daha ehtiyatla yanaşmağa başlayıb
27.01.2017 16:36
Azərbaycan istehlakçıları dünya iqtisadiyyatında baş verən qeyri-müəyyənliklər və neft qiymətlərinin düşməsindən sonra daha cari xərclərinə daha rasional və ehtiyatla yanaşmağa başlayıblar. 

"Report"un analitik qrupu bildirir ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən, 2016-cı ildə Azərbaycan əhalisinin gəlirləri 8,7% artım göstərdiyi halda, pərakəndə satışlar cəmi 1,5% artıb:
 
"Yəni, əhali gəlirlərini daha çox yığıma yönəldiblər. Bu, əlbəttə, Azərbaycan Mərkəzi Bankı (AMB) üçün müsbət amildir. Çünki, belə olduğu halda, inflyasiya idarə olunan və getdikcə azalan tendensiya göstərir. Digər müsbət hal odur ki, yığım səviyyəsinin artması idxalın həcmini azaldaraq tədiyyə balansına müsbət təsir göstərir".

Lakin əhalinin qənaətcil olmasının mənfi fəsadları da mövcuddur. Bu durum iqtisadi artım tempinin yavaşlamasına gətirib çıxarır. İstehlak xərclərinin azalması iqtisadi aktivliyi aşağı salır. Nəticədə, vergi və gömrük rüsumlarının yığım səviyyəsində azalma baş verə bilər. Əlbəttə, bu geriləmə manatın məzənnəsinin ucuzlaşdırılması ilə kompensasiya edilir.

Həmçinin bildirmək lazımdır ki, əhali yığımlarının daha çox hissəsini özündə, qalanını isə banklarda saxlayır:
 
"İş ondadır ki, banklarda olan vəsaitlərin hazırkı payının 25-30% olması və zəif iqtisadi aktivlik şəraiti səbəbindən, onların iqtisadiyyata geri dönməsi real görünmür. Məhz 2016-cı ildə iqtisadiyyata kredit qoyuluşlarının 13,2% azalması amili də bunu təsdiq edir". 

"Report"un analitikləri hesab edirlər ki, yaxın illərdə cari iqtisadi vəziyyətdən çıxış yalnız neft qiymətlərinin artması hesabına baş tuta bilər:
 
"Uzunmüddətli perspektivdə isə iqtisadiyyatın diversifikasiyası və turizm sektorunun inkişafı əhalinin gəlirlərinin sabit artımını təmin edəcəyindən istehlak xərcləri getdikcə sürətlənə bilər. Mövcud iqtisadi durum isə hələ bir qədər də davam edəcək". 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol