• $
  • €
  • ₽
  • ₺
  • £

Palata: İqtisadiyyatın bəzi sahələrində mürəkkəb vəziyyət yaranıb

Palata: İqtisadiyyatın bəzi sahələrində mürəkkəb vəziyyət yaranıb
30.01.2017 09:50
"Dünyada son zamanlar baş verən siyasi, iqtisadi və sosial proseslər Azərbaycanda da yeni iqtisadi situasiya yaradıb”.

Oxu.Az xəbər verir ki, bu haqda Auditorlar Palatasının sədri Vahid Novruzovun "Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirilir.

O bildirib ki, obyektiv və subyektiv səbəblər üzündən ölkə iqtisadiyyatının bəzi sahələrində mürəkkəb vəziyyət yaranıb: "Yalnız prezident İlham Əliyevin çevik, eyni zamanda yaxın və uzaq gələcəyə hədəflənmiş iqtisadi strategiyası sayəsində həmin vəziyyət böhran həddinə çatmayıb.

Ölkədən kapital axınının cilovlanması, mal və xidmət istehsalçılarına yerli və xarici bazarlara çıxışın təmin olunması, bütün növ investisiyaların cəlbinə münbit şərait yaradılması və iqtisadi inkişafa xidmət edən prioritet layihələrin reallaşdırılması, müasir tələblərə cavab verən kadrların hazırlanması, idarəetmənin və planlaşdırmanın təkmilləşdirilməsi ölkə rəhbərinin iqtisadi siyasətinin yalnız bir hissəsini təşkil edir.

Bir cəhəti də xüsusi vurğulamaq lazımdır ki, yeni iqtisadi şərait ölkənin milli, o cümlədən iqtisadi təhlükəsizliyini möhkəmləndirməyi, mövcud imkanlardan səmərəli istifadəni zəruriləşdirməklə bərabər, iqtisadi möhtəkirliyi dəf etməyi, iqtisadiyyatın şaxələndirilməsini, maliyyə sabitliyi üçün yaranmış risk amilinin zəiflədilməsini, mülkiyyətçilərin hüquqlarının qorunmasının və korporativ idarəetmənin gücləndirilməsini, investisiya qoyuluşlarında dövlətin payının və istiqamətlərin optimallaşdırılmasını, ixrac potensialının və onun təşviqinin artırılmasını, biznes (sahibkarlıq) – investisiya mühitinin yaxşılaşdırmasını, sağlam rəqabətin və ölkə daxilində kooperasiyanın genişləndirilməsini daha da aktuallaşdırıb.

Bütün bunlar "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə göstərildiyi kimi, yeni dövrün ən mühüm strateji çağırışı "kapital akkumulyasiyası” əsaslı modeldən "məhsuldarlıq (effektivlik)” əsaslı artım modelinə keçidin təmin edilməsini özündə ehtiva edir.

Bir sözlə, Azərbaycan iqtisadiyyatının yeni iqtisadi modelinin əsas parametrləri və onları üzə çıxaran amillər Yol Xəritəsində konkret şərhini tapıb”, - deyə o bildirib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol