• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Bu dövrdə investisiyanın təşviqi böyük əhəmiyyət daşıyır"

Nazir: "Bu dövrdə investisiyanın təşviqi böyük əhəmiyyət daşıyır"
30.01.2017 10:44
 
"Azərbaycanın regionları üzrə qazlaşma səviyyəsi 83%-ə çatıb".
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda iqtisadiyyat naziri Şahin Mustafayev söyləyib.
 
Ş. Mustafayev deyib ki, keçən il 87 min hektar torpağın keyfiyyəti yaxşılaşdırılıb:
 
"Bu il Neft Fondundan əldə edilən vəsaitlər hesabına 154 min hektardan çox torpağa su çatdırılacaq. Son illər 44 min hektar sahədə 32 iri fermer təsərrüfatı yaradılıb. Hazırda 22 rayonda 27 aqroparkın yaradılmasına hazırlıq işləri görülür. 60% kənd təsərrüfatı məhsulları ilə təminat 100% və artıq olub. Ötən il 148 min daimi olmaqla, 190 minə yaxın iş yeri açılıb".
 
Nazir bildirib ki, sərt pul siyasətinin aparıldığı dövrdə investisiyanın təşviqi böyük əhəmiyyət daşıyır.
 
"Minimum əməkhaqqının artırılması, elektrik və qaz qiymətlərində differensial yanaşmanın tətbiqi əhaliyə sosial qayğının göstəricisidir", - deyə o qeyd edib.

Ş. Mustafayev qeyd edib ki, yoxlamaların dayandırılmasından sonra vergi yoxlamaları istisna olmaqla, cəmi 60 yoxlama aparılıb:
 
"Müqayisə üçün 2015-ci ildə 60 mindən çox yoxlama aparılmışdı. "Made in Azerbaijan" brendinin təşviqi çərçivəsində görülən işlər nəticəsində Çinə şərab, Birləşmiş Ərəb Əmirliklərinə ərzaq məhsullarının ixracına başlanılıb".


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol