• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yaranan siqaret qıtlığının səbəbi məlum oldu

Azərbaycanda yaranan siqaret qıtlığının səbəbi məlum oldu
30.01.2017 12:05
Azərbaycanda satış mərkəzlərində siqaretlərin nağd pulla satışı qadağan edilib. Artıq nağd pulla satınalma əməliyyatlarının həyata keçirilməsi dayandırıldığı üçün hazırda Bakıda mağazalarda müəyyən növ siqaret brendlərinin qıtlığı müşahidə edilir.
 
Siqaretlərin satışını həyata keçirən mağazaların menecerləri "Report"a bildiriblər ki, təxminən 1 həftəyə yaxındırki, aksiz markaları ilə markalanmış tütün məmulatlarının nağd satışına icazə verilmir və nəticədə bazarda qıtlığın yaranmasına dair süni ajoitaj yaranıb: "Bundan sonra siqaretlər ancaq kartla və ya bank köçürməsi alınmalıdır".
 
Qeyd edək ki, 2015-ci ilin əvvəlində İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə təklif edilən dəyişikliklərə görə, aksiz markası ilə markalanmalı olan məhsulların nağd qaydada alqı-satqısına görə cərimə tətbiq olunacaq. Həmin maddəyə 229.2 hissəsi əlavə ediləcək. Belə ki, həmin hissəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə 100 manat cərimə nəzərdə tutulub. Burada "az miqdarda" 50 manatlıq məbləği nəzərdə tutur.
 
Hazırda tütün məmulatları bazarında kart sisteminin tətbiqi ilə bağlı yaranmış çaşğınlıqla bağlı tədarükçü şirkətlər "Report"a bildiriblər ki, əvvəlcədən siqaretlərin satışını həyata keçirən həm pərakəndə, həm də topdansatış obyektləri üçün maarifləndirmə tədbirləri görülməli idi: "Hazırda onlar "donmuş" vəziyyətdədirlər. Siqaretlərin satışının kart sisteminə keçidi həm pərakəndə, həm də topdansatış obyektləri üçün çətinliklər yaradır. Onlar buna hazır deyillər. Hazırda satış əməliyyatlarını icra edənlərdə sadəcə qorxu yaranıb. Əgər öncədən maarifləndirmə tədbirləri görüsəydi və bundan sonra sistemin icrası tətbiq edilsəydi, onların bunu reallaşdırmaq üçün heç bir bəhanələri qalmayacaqdı", - deyə tədarükçü şirkətlər bildiriblər.
 
Qeyd edək ki, siqaretlərin nağdsız şəkildə satışı iki yolla həyata keçirilməlidir: bank vasitəsilə VÖEN-ə bağlı kart hesabı açıb, əməliyyatlar həyata keçirmək və bankda kart hesabı açmaqla (kartla post-termianllar vasitəsilə ödəniş edilməlidir). 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol