• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: Sahibkarlar hər bir məsələdə dövlətdən güzəşt istəməməlidirlər

Nazir: Sahibkarlar hər bir məsələdə dövlətdən güzəşt istəməməlidirlər
30.01.2017 17:22
"Bizim strateji məqsədimiz əkin sahələrini qorumaq və əkin sahələrinin sənaye sahəsinə çevirməməkdir”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının 3-cü ilinin yekunlarına həsr olunmuş konfransda Kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

"Biz bu məsləyə diqqətlə yanaşmasaq, əkin sahələrinin çox ciddi azaldılması problemi ilə üzləşə bilərik. Əkin sahələrinin fərdi yaşayış evləri kimi və digər sənaye təyinatlı istifadəsinə yol vermək olmaz. 

Bu məsələyə fərdi qaydada və diqqətlə yanaşmaq lazımdır. Bizim strateji xəttimiz əkin sahələrinin həcmini artırmağa yönəlib. Yalnız kənd təsərrüfatına yararsız torpaq sahələri sənaye təyinatı üçün istifadə edilməlidir və biz bunu təklif edirik”, - deyə H.Əsədov vurğulayıb.

Nazir sahibkarların hər bir məsələdə dövlətdən güzəşt və subsidiya istəməsini düzgün saymır: "Siz (sahibkarlar - red.) deyirsiniz ki, manatın devalvasiyası səbəbindən güzəşt istəyirsiniz. 

Amma siz dövlət tərəfindən uzunmüddətli verilən texnika və damazlıq heyvanlara görə ödənilən məbləğdə devalvasiya amilini nəzərə almırsınız. Damazlıq heyvana görə, dövlət məbləğin 50%-ini birbaşa silir. Sahibkarlar məbləğin 25%-ni ödəyirlər, amma qalan 25%-ni ödəmirlər. Texnika ilə bağlı məbləğin 40%-ni dövlət ödəyir. 

Sahibkar bu məbləğin 60%-ni ödəməlidir. Sahibkar ilkin olaraq 20%-ni ödəyir, 40%-ni isə 10 il ərzində faizsiz ödəməsinə şərait yaradılır. Amma sahibkar bu vəsaiti ödəmir”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol