Gömrükdən gizlədilən 28 min siqaret aşkarlandı

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, idarənin "Qoşa Təpə" gömrük postunda İran ərazisindən tranzit keçməklə Naxçıvan MR-dan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Mersedes Actros" markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb.
DGK-dan verilən məlumata görə, yoxlamadan öncə vətəndaş idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olub-olmadığı barədə sorğu-sual edilib. O isə cavabında, avtomobildə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası heç bir predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı avtomobilin qoşqusu ilə dartıcının birləşdiyi yerdə - qoşqunun altındakı boşluqdan malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasının aksiz markasıyla markalanmamış 28,4 min ədəd "Manchester" markalı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























