Depozit hərracında tələb təklifi 27% üstələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
AMB-dən verilən məlumata görə, bu gün keçirilmiş depozit hərracında tələb 190,35 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% təşkil edib.
Xatırladaq ki, bundan öncə AMB-nin yaydığı məlumatda qeyd edilib ki, fevralın 3-də keçiriləcək depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Hərracın müddəti 14 gün təşkil edir.
"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir.
Beləliklə, bugünkü hərracda tələb təklifi 26,9% üstələyib. //APA
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























