ADB Azərbaycana yeni kredit təklif edib

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda dəmiryolu sisteminin yenidən qurulması üçün 200 mln. ABŞ dolları həcmində kredit ayırmağa hazırdır.
"Report” xəbər verir ki, kredit "Dəmiryolu sektorunun İnkişaf Proqramı”nın icrası üçün ayrıla bilər.
Layihə ilə bağlı faktaraşdırıcı missiyanın bu il avqustun 1-11-i tarixlərində Azərbaycana gələcəyi gözlənilir. Sentyabrın 13-də isə Bankın menecmentinin qiymətləndirmə yığıncağının keçirilməsi planlaşdırılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























