• $
  • €
  • ₽
  • ₺
  • £

Hüquqşünas: Məhkəmə işlərinin 82%-i bank kreditləridir

Hüquqşünas: Məhkəmə işlərinin 82%-i bank kreditləridir
29.05.2020 11:44
Azərbaycanda 2015-ci il və 2016-cı ilin birinci yarısında aparılan məhkəmə işlərinin statistikası açıqlanıb.
 
ANN.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə hüquqşünas Cavad Cavadov məlumat verib.

C.Cavadov bildirib ki, Dövlət Statistika Komitəsindən təqdim edilən məlumata görə, 2015-ci ildə məhkəmələrdə 228 min 428 mülki işə baxılıb. 2016-cı ilin yalnız birinci yarısında isə bu göstərici 166 min 43 iş olub:

"2015-ci ildə məhkəmələrdə baxılmış işlərdən 171 min 664 iş kredit münasibətləri ilə bağlı olub, bu da ümumi işlərin 75,15%-ni təşkil edib.

Ötən ilin ilk 6 ayı ərzində isə kreditlərlə bağlı məhkəmə işlərinin sayı 136 min 231 olub. Bu isə işlərin ümumi həcminin 82%-dir”.

Vəkil bildirib ki, 2016-ci ili tam əhatə edən məlumatlar açıqlandıqdan sonra bu rəqəmlər artan templə davam etməsi gözlənilir.

C.Cavadov qeyd edib ki, məhkəmələrin icraatlarında olan mülki işlərin 82%-i kredit münasibətlərindən irəli gələn işlər olduğuna görə hakimlərin digər işlərin normal qaydada araşdırılması fiziki baxımdan mümkün olmur:

"Məhkəmələrin iş yükü artan templə davam edir və burada hakimlərin sayının artırılmasının mənası yoxdur. Qanunvericilikdə dəyişikliklər olunmalı, bu tipli işlərin sayının azaldılması üçün onlar notariat orqanına həvalə edilməlidir.

Statistik rəqəmlərə görə, onsuz da məhkəmələr kredit münasibətlərindən irəli gələn işlərin əksər hissəsinə sadələşdirilmiş qaydada, yəni tərəfləri dəvət etmədən, əmr icraatı qaydasında baxırlar. 2016-cı ilin ilk yarısında bu işlərlə bağlı 115 min 415 məhkəmə əmri qəbul edilib və bu həmin işlərin 84%-ni təşkil edir”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol