• $
  • €
  • ₽
  • ₺
  • £

Bank of Baku iş adamlarına özəl yeni İŞKART məhsulunu təqdim edir!

Bank of Baku iş adamlarına özəl yeni İŞKART məhsulunu təqdim edir!
29.05.2020 10:44
Bank sektorunun innovatoru, pərakəndə bankçılıq sahəsinin uzun illər lideri kimi mövqeyini qoruyub saxlayan Bank of Baku korporativ bankçılıq sahəsində də bazarın lideri olmağa iddialıdır. Korporativ müştəriləri üçün məhsul və xidmət şəbəkəsini genişləndirən Bank iş adamlarına özəl yeni İŞKART – biznes kart məhsulunu təqdim edir.

İŞKART NƏDİR VƏ KİM İŞKART ƏLDƏ EDƏ BİLƏR?

İŞKART – Bank of Baku-nun sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə təqdim etdiyi VÖEN hesabına bağlı Debet MasterCard kartıdır. Kartı sahibkarlıq fəaliyyəti ilə məşğul olan həm fiziki, həm də hüquqi şəxslər, eləcə də VÖEN hesabına malik vergi ödəyicisi olan istənilən şəxs əldə edə bilər.

İŞKART SAHİBLƏRİNƏ ƏSAS HANSI ÜSTÜNLÜKLƏRİ QAZANDIRACAQ?

* Onlayn ödənişlər etmə imkanına sahib olacaq

* Gömrük və digər rüsumları POS terminalla ödəmə imkanı əldə edəcək

* Nağdsız ödənişlərdə 0.5% nağdlaşdırma komissiyasından və 1% vergidən azad olunacaq

* 24/7 ATM-dən və POS terminaldan nağdlaşdırma edə biləcək

* Güzəştli nağdlaşdırma tarifindən faydalanacaq

* AZN/USD/EUR hesablara bağlı kart alacaq

Bu və bir çox digər üstünlükləri özündə birləşdirən İŞKART – biznes kart məhsulunu korporativ müştərilər AZN/USD/EUR valyutasında 12 və ya 24 ay müddətinə əldə edə bilərlər. Bank of Baku-nun digər debet kartlarında olduğu kimi, İŞKART balansını kart sahibləri Bankın "Cash-in” ödəniş terminalı, MilliÖn və E-manat terminalları vasitəsilə cəmi 5 saniyə ərzində artırmaq imkanına malikdirlər.

Bank of Baku-nun "Rəqəmsal Bankçılıq və Layihələrin İdarəedilməsi Departamenti”nin direktoru Anar Abbasov: "adından da göründüyü kimi İŞKART məhz iş adamlarının – kiçik və orta sahibkarların, VÖEN hesabı ilə fəaliyyət göstərən fiziki şəxslərin işini asanlaşdıracaq biznes kartıdır. Əminliyimizi bildirmək istərdim ki, bu kart çox qısa müddət ərzində hər bir iş adamının arzuladığı kart olmaqla bazarın liderinə çevrilə biləcək. İŞKART-ın özəllikləri, sahibinə qazandırdığı üstünlükləri və gələcəkdə tətbiqini nəzərdə tutduğumuz yenilikləri bunu deməyə bizə tam əsas verir. Hal-hazırda mövcud üstünlüklərindən sahibinə qat-qat daha böyük imkanlar qazandıracaq İŞKART-ın çoxfunksiyalı məhsul olması istiqamətində xüsusi işlər görülür. Yaxın zamanlarda, korporativ müştərilərimizi həm İŞKART, həm də digər məhsullarımızdakı yeniliklərimizlə sevindirməyi düşünürük” deyə qeyd edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol