• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda maliyyə ombudsmanı olacaq

Azərbaycanda maliyyə ombudsmanı olacaq
07.02.2017 12:57
Azərbaycanda maliyyə ombudsmanının yaradılması istiqamətində daha bir addım atılıb.
 
Bu barədə "Report”a Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov məlumat verib.

Onun sözlərinə görə, Ombudsmanın əsasnaməsi təsdiq edilib. Bununla bağlı qərar ABA-nın sonuncu ümumi yığıncağında qəbul edilib.

Növbəti mərhələdə Ombudsmanın reqlamentinin təsdiq edilməsi nəzərdə tutulur ki, bu məsələnin təxminən 2 aydan sonra reallaşacağı gözlənilir. Yalnız bundan sonra maliyyə ombudsmanı banklarla müştərilər arasında olan mübahisələrə baxa biləcək.
Xatırladaq ki, maliyyə sektorunda ombudsmanın yaradılması ideyası ABA-ya məxsusdur. Məqsəd müştərilərin banklara etimadının gücləndirilməsi və tərəflər arasında yaranan mübahisələrin məhkəməsiz həll edilməsidir.

Maliyyə ombudsmanının 2 min ABŞ dollarına qədər olan mübahisələrə baxması nəzərdə tutulub. Bununla belə, yalnız o banklardan ombudsmana şikayət etmək mümkün olacaq ki, onlar "Bankların müştəriləri - fiziki şəxslərlə əlaqədar mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyannamə”ni imzalamış olsunlar.

Bundan başqa, maliyyə obdusmanı, mübahisəni mahiyyəti üzrə həll edən qüvvəyə minmiş məhkəmə aktı mövcud olduqda, mübahisəyə bir dəfə baxdıqda, ona dair barışdırıcı sazişi təsdiq etdikdə və ya mübahisəni mahiyyəti üzrə həll edən qərar verdikdə, qaldırılan məsələnin baş verməsindən və iddia olunan hüquq pozuntusundan iki ildən artıq vaxt keçdikdə, məsələ ümumi bank işinə, bankların xidmət çeşidinə və siyasətinə aid olduqda, məsələyə müvafiq qanunvericiliyə uyğun olaraq cinayət tərkibi olduqda, məsələyə aid iş qiymətləndirmə mərhələsində və iş üzrə müqavilə, razılaşma imzalanmamış olduqda, eləcə də iş bankın qiymət siyasətinə aid olduqda, şikayət edilən maliyyə təşkilatının lisenziyası geri çağırıldıqda və ya bu maliyyə təşkilatı ləğv olunduqda, hüquqi səlahiyyəti olmayan və ya qismən hüquq səlahiyyəti olan şəxs tərəfindən mürtaciət edildikdə ərizəyə 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol