• $
  • €
  • ₽
  • ₺
  • £

Neft Fondunun büdcəsində $500 milyon profisit

Neft Fondunun büdcəsində $500 milyon profisit
08.02.2017 17:12
"Dövlət Neft Fondunun 2016-cı ildə fəaliyyəti uğurlu sayıla bilər. Dünya bazarlarındakı xam neft qiymətlərinin aşağı düşməsinə və bunun mənfi nəticəsi olaraq neft gəlirlərinin azalmasına baxmayaraq, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Fondun rolu əhəmiyyətli dərəcədə artıb.

Belə ki, 2016-cı ildə neftin qiymətlərindən asılı olmadan Fond tərəfindən dövlət büdcəsinə transfert ilə bağlı öhdəliklər vaxtında icra edilib, vacib infrastruktur və sosial əhəmiyyəti olan layihələrin maliyyələşdirilməsi davam etdirilib”.

ANN.Az xəbər verir ki, bu sözləri Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov APA-ya müsahibəsində deyib. 

"2015-ci ilin sonunda uzunmüddətli dövrdə diversifikasiya olunmuş investisiya portfelinin qurulması prosesinin bir hissəsi olaraq Fondun investisiya siyasətinə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, risk və gəlirlilik arasındakı nisbət daha riskli və eyni zamanda daha gəlirli investisiya alətlərinin xeyrinə dəyişib. 

Belə ki, daşınmaz əmlaka yatırımların investisiya portfelindəki payı iki dəfə - 5%-dən 10%-ə, səhmlərə yatırımların investisiya portfelindəki payı isə 10%-dən 15%-dək artırılıb. Bu dəyişiklik nəticəsində daşınmaz əmlaka həm birbaşa, həm də daşınmaz əmlak fondları vasitəsi ilə edilən yatırımların həcmi artıb. 

2016-cı ildə Milan şəhərində yerləşən "Palazzo Turati” ofis kompleksinin satın alınması başa çatdırılıb. Eyni zamanda, daşınmaz əmlak fondlarına olan yatırımlar əhəmiyyətli dərəcədə artıb, özəl səhm fondlarına investisiyalar edilib. Bununla yanaşı, səhm yatırımlarının da investisiya portfelindəki payı artırılıb.

Nəzərə almaq lazımdır ki, Fondun 2016-cı il büdcəsində neftin qiyməti 25 ABŞ dolları səviyyəsində götürülüb. Neftin orta çəkili satış qiymətinin il ərzində proqnoza nisbətən daha yuxarı 41,9 ABŞ dolları təşkil etməsi ilə əlaqədar Fondun gəlirləri 5,9 milyard ABŞ dolları və yaxud 9,4 milyard manat səviyyəsində olub. Eyni zamanda büdcə xərcləri 5,4 milyard ABŞ dolları və yaxud 9 milyard manat təşkil edib. 

Beləliklə, ilin sonuna Dövlət Neft Fondunun büdcəsində təxminən 0,5 milyard ABŞ dolları profisit yaranıb. 

İl boyunca Fondun investisiya portfelinə daxil olan valyutaların ABŞ dollarına qarşı ucuzlaşması səbəbindən SOFAZ-ın 0,9 milyard ABŞ dolları məbləğində məzənnə fərqi ilə bağlı büdcədənkənar xərcləri yaranıb, bu da ilin əvvəlinə nisbətən Fondun aktivlərində 0,4 milyard ABŞ dolları həcmində azalmaya səbəb olub”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol