Azərbaycan nefti yenidən bahalaşıb

Azeri LT CIF markalı neftin qiyməti 56,62 dollar/barelə çatıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,46 dollar, yaxud 0,82% artıb.
ANN xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 56,62 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























