• $
  • €
  • ₽
  • ₺
  • £

Dollar ucuzlaşırsa, qiymətlər niyə düşmür?

Dollar ucuzlaşırsa, qiymətlər niyə düşmür?
09.02.2017 17:40
Artıq bir neçə gündür Mərkəzi Bankın Neft Fondu ilə birgə keçirdiyi hərraclarda milli valyuta möhkəmlənməyə başlayıb.

Məsələnin qəribə tərəfi odur ki, məntiqlə dollar ucuzlaşırsa, buna uyğun şəkildə xaricdən idxal edilən "Aİ-95” premium benzini, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində enmə baş verməlidir. 

Amma bu, müşahidə edilmir. Əgər iqtisadiyyatı idxaldan asılı ölkə olaraq dollar bahalaşanda qiymətlər qaldırılırsa, dollar ucuzlaşanda da buna adekvat addım atılmalıdır.

ANN.Az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında məsələ ilə bağlı çoxsaylı müraciətlər aldığını bildirib:

"Manatın möhkəmlənməsi müşahidə edilsə də, qiymətlərdə elə bir dəyişiklik yoxdur. Çünki manatın möhkəmlənməsi müvəqqəti xarakter daşıyır. Bu möhkəmlənmə üçün baza olmalıdır. Bunun arxasında həmişə neft, idxal-ixrac əməliyyatları, tələb və təklif dayanıb.

Digər tərəfdən, bu gün faktiki olaraq manat Mərkəzi Bank, dollar isə Neft Fondu tərəfindən maliyyə bazarına buraxılır. Yəni, bu iki qurum istənilən vaxt razılığa gəlib manatı stabilləşdirmək üçün bu cür addımlar atırlar.

Hətta hazırda banklarda manat qıtlığı yaranıb. Mən hər zaman demişəm ki, proses manatın həqiqi bazar qiymətini alacağı vaxta qədər davam edəcək. Necə ki, Qazaxıstan və Rusiyada bunu gördük”.

Onun sözlərinə görə, Azərbaycanda subyektiv qiymətlər obyektiv qiymətləri üstələyib:

"Siz heç görmüsünüz ki, Azərbaycanda milli valyutanın məzənnəsi möhkəmlənəndə, neftin qiymətləri qalxanda, bizdə hansısa məhsulun qiymətində dəyişiklik olsun? Mən bu yaşıma qədər belə halla rastlaşmamışam.

Əksinə, dollar cüzi bahalaşan kimi bütün məhsulların qiyməti avtomatik qalxır. Bizdə, ümumiyyətlə, qiymət siyasətilə əlaqədar problem çoxdur. Hətta bununla bağlı bir neçə nazirlə də söhbətimiz olub. Hazırda Azərbaycanda subyektiv qiymətlər obyektiv qiymətləri üstələyib”.

İqtisadçı bildirib ki, manatın yumşaq devalvasiyasının qarşısını almaq gərəksizdir:

"Proses davam etdikcə, manat öz həqiqi bazar dəyərini alacaq. Hazırda cənab Prezident tərəfindən ciddi islahatlara start verilib. Ola bilər ki, manatı qoruyub-saxlamaq ona görə sərf edir ki, əvvəlki ilə nisbətən idxalı azaldıblar. 

Bununla da dolların xaricə çıxmasının qarşısı müəyyən qədər alınıb. Faktiki olaraq manatın məzənnəsi tənzimlənir. "Üzən məzənnə” siyasətinin tətbiq edildiyi deyilsə də, Azərbaycanda "üzən məzənnə” yoxdur. Buna keçid prosesi gedirdi, amma birdən-birə bunun da qarşısı alındı. Bu isə başadüşülən deyil”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol