• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan İpoteka Fondunun istiqrazları geri qaytarılıb

Azərbaycan İpoteka Fondunun istiqrazları geri qaytarılıb
29.05.2020 01:45
Azərbaycan Mərkəzi Bankı qiymətli kağızlara likvidlik verməli olub.
"Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) bu il dövriyyəyə buraxdığı 10 mln. manatlıq istiqrazlar ilkin bazarda əldə edildikdən cəmi 12 gün sonra geri qaytarılıb. Bu barədə "Report”a Fonddan bildirilib.

Məlumata görə, AİF-in hər birinin nominal dəyəri 1 000 manat olan olan 10 min ədəd istiqrazı 3 600 gün müddətinə, illik cəmi 3% gəlirliliklə emissiya edilib. Azərbaycan manatının məzənnəsi ilə bağlı qeyri-müəyyənliyin olduğu və milli valyuta ilə bank əmanətlərinin illik gəlirliliyinin 15% ətrafında dəyişdiyi bir şəraitdə ipoteka qiymətli kağızlarına investor tapmaq mümkün olmayıb. Vəziyyətdən çıxış yolu kimi istiqrazların ölkənin maliyyə qurumlarından birinə ("PAŞA Bank" ASC olduğu bildirilir - "Report") satılmasına, bundan dərhal sonra isə istiqrazlar üçün likvidliyi təmin etməli olan Azərbaycan Mərkəzi Bankının (AMB) onları almasına qərar verilib.
 
Beləliklə, yanvarın 27-də AİF-in istiqrazları Bakı Fond Birjasında yerəşdirilib və ilkin bazarda realizə edilib, fevralın 8-də isə onlar təkrar bazara çıxarılıb və AMB tərəfindən alınıb. Bu proses "PAŞA Kapital” investisiya şirkətinin anderrayterliyi ilə baş tutub.

AMB-dən "Report”a verilən açıqlamada bildirilir ki, AİF-in yaradılması haqqında ölkə prezidentinin 27 oktyabr 2015-ci il tarixli fərmanına uyğun olaraq qurum fondun istiqrazlarının likvidliyinin təmin olunmasına dəstək verir. Fərmanın icrasını təmin etmək məqsədi ilə, eyni zamanda ipoteka kreditləşməsinin sosialyönümlü layihə kimi əhəmiyyəti nəzərə alınaraq 10 mln. manatlıq istiqrazların təkrar bazarda alışı həyata keçirilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol