• $
  • €
  • ₽
  • ₺
  • £

Evlənmək niyə vacibdir? Qayğıkeş ananın cavabı

Evlənmək niyə vacibdir? Qayğıkeş ananın cavabı
10.02.2017 17:23
Yaşı 25 keçən bütün subaylar yəqin ki, "A bala, nə vaxt evlənirsən?” sualını daim eşidirlər. AccessBank-ın Qayğıkeş Anası da ənənəyə sadiq qalaraq bu sualla gənclərə müraciət edir. Çünki bir çox hallarda gənc kişilərin əksəriyyəti bütün mümkün üsullarla öz "subay" statusunu qoruyurlar. Ailə qurmağın vaxtı çoxdan çatdığını deyən anaların, onları öz subay rəfiqələri ilə tanış etmək istəyən yoldaşların sözlərinə laqeyd yanaşırlar, yeni tanışlıqlardan uzaq dururlar. Biriləri bunu heç cür öz yarlarını tapa bilməməklə izah edirlər, digərləri cavabsız sevgidən əziyyət çəkirlər, başqaları bütün boş vaxtını karyeralarına həsr edirlər, bəziləri isə sadəcə olaraq ailə həyatından qorxurlar, çünki onları bu qapı arxasında nəyin gözlədiyini bilmirlər.

Lakin, statistika göstərir ki, 25 yaşdan yuxarı olan subay kişilərin 80% böyük məmnuniyyətlə öz tənhalığını isti, ailə münasibətlərinə dəyişərdi. Ailə qurmaq lazımdırmı, və onun nə vaxt baş verəcəyi vacibdir - sənə də maraqlıdır? Qayğıkeş ananın məsləhətlərini oxu.

Nigah hər iki tərəfin  böyüməsinə kömək edir. Əlbəttə ki, siniklər nigahın şəxsiyyəti məhv etdiyini və insanın şəxsi məkanını məhdudlaşdırdığını deyəcəklər. Lakin, digər tərəfdən nigah hər bir partnyora onun şəxsiyyətinin indiyədək məlum olmayan tərəflərini öyrənməyə imkan verir.

Nigah çətin anda dəstək verir. Bir-biri ilə yanbayan yaşayan evli insanlar həyatın ən çətin anlarında həmişə qarşılıqlı dəstəyə arxalana bilərlər, bu, həm emosional dəstək, həm də tibbi yardım zamanı kömək ola bilər. İllərlə nigahda yaşayanlar yaxşı bilirlər ki, biz partnyorlarımızın dəstəyini asanlıqla qəbul edir ona tez öyrəşirik, xəstələndiyimizdə, fövqəladə vəziyyətdə və s. onu təbii bir şey kimi qiymətləndiririk. İndi isə təsəvvür et ki, yalnızsan...

Evli insanlar daha çox yaşayırlar. Amerikalı psixoterapevtlər və psixoloqlar tərəfindən aparılan tədqiqatlar sübut edib ki, nigahda yaşayan insanlar depressiyaya, eləcə də ürək-damar xəstəliklərinə daha az məruz qalırlar və sağlam həyat tərzi sürdükdə boşanan və ya tənha insanlardan daha çox yaşayırlar.
 
Nigah maddi baxımdan da əlverişlidir. Yuxarıda qeyd etdiyim kimi, ikilikdə hər şey həmişə asan keçir. Partnyorların hər ikisi işləyirsə, bu, ümumi büdcə və maddi baxımdan əlavə dayaqdır. Üstəlik də, onlardan birinin mirası varsa... Ailəli cütlüklərə adətən banklar daha böyük məmnuniyyətlə kredit verirlər, mənzil kirayələmək daha asan olur və yenə də ikilikdə həyat daha ucuzdur.
 
Nigah düzgün dəyərlər yaradır. Ər-arvad cütlüyü gələcək uşaqlar üçün ən sabit şəraiti, düzgün psixoloji vəziyyəti formalaşdırır, tam ailədə uşaqlar özlərini harmonik, rahat və etibarlı əllərdə hiss edirlər. İnkişaf edən cəmiyyətlərdə boşanmaların sayının artması ilə bağlı səs-küyə baxmayaraq yenidən nigah bağlamaq tendensiyaları da güclüdür.
 
Nikah subaylığa qarşı. Əksər hallarda insanlar, əlbəttə ki, sevərək evlənirlər! Buradan da təbii olaraq sevdiyin insanın yanında yuxuya getmək və oyanmaq, münasibətləri rəsmiləşdirmək, özünü lazımlı və sevimli hiss etmək, birlikdə bənzərsiz dünyanızı yaratmaq istəyi irəli gəlir. Sözsüz ki, çətinliksiz olmur, amma bu çətinliklərin də öhdəsindən öz yarınla birgə gəlməyi öyrənməlisən.
 
Bütün məsləhətlərlə daha yaxından tanış olmaq istəyirsinizsə, Qayğıkeş Ana saytına daxil olun və həyatınızı yaxşılığa doğru dəyişin.
 
 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol