• $
  • €
  • ₽
  • ₺
  • £

Qazı olmayan köçkünlərin taleyi necə olacaq? - Rəsmi açıqlama

Qazı olmayan köçkünlərin taleyi necə olacaq?  - Rəsmi açıqlama
28.05.2020 23:42
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 1-dən etibarən məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilməsilə bağlı fərman imzalayıb. Məsələ burasındadır ki, qazlaşdırılmayan ərazilərdə məskunlaşan məcburi köçkünlər üçün müəyyən dərəcədə problem yaranıb. Belə ki, ərazidə qazlaşdırılma aparılmadığından vətəndaşlar yalnız elektrik enerjisindən istifadə etmək məcburiyyətində qalırlar ki, bu da kommunal xidmət ödənişlərinin artımına səbəb olur.

"Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı "Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a ölkə başçısının fərmanından irəli gələn məsələlərin planlı şəkildə icra olunmağa başladığını bildirib:

"Ümumilikdə 11 rayon üzrə sayğac quraşdırılması işləri gedir. Bu günə qədər 530 mənzildə sayğac quraşdırılıb, qalanlarının da mərhələli şəkildə quraşdırılması təmin ediləcək”.

"Azəriqaz” rəsmisi qeyd edib ki, gələcəkdə qazlaşdırılmayan ərazilərin mavi yanacaqla təmin olunması nəzərdə tutulub:

"Bildiyiniz kimi, aylıq müavinətlər təyin olunana qədər məcburi köçkünlərə qış aylarında 45 kubmetr, yaz-payız aylarında 35 kubmetr qaz limiti hesablanırdı. Artıq vahid aylıq müavinət ayrılıb. Vətəndaşlarımız istifadə etdikləri kommunal xidmət haqlarını özləri ödəyəcək. Bunun üçün "Azəriqaz” İstehsalat Birliyi fərmandan irəli gələn bütün məsələlərin vaxtında icra olunması üçün işlərə başlayıb.

Məcburi köçkünlərin yaşadıqları düşərgələrdə hər bir mənzilə fərqi qaydada qaz sayğacının quraşdırılması həyata keçirilir. Əvvəl kompakt şəkildə-bir sayğacdan bir neçə mənzildə istifadə edilir və limit onlar arasında bölünürdüsə, indi hər mənzilə fərdi qaydada sayğacın quraşdırılması təmin edilir. Gələcəkdə plana uyğun olaraq da qaz olmayan ərazilərin qazlaşdırılması tərəfimizdən təmin ediləcək”.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol