Banklar böyük sayda kart müştərilərini itirib

2017-ci ildə bankların kredit kartlarının sayı 379 min ədəd azalaraq 31 dekabr 2016-cı il tarixində 631 min ədədə düşüb.
ANN.Az-ın məlumatına görə, "Marja” Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına istinadən xəbər verir ki, kredit kartlarının sayı 2015-ci ilin əvvəlindən bəri azalıb.
Belə ki, 2015-ci ilin yanvarın sonunda kredit kartlarının sayı 1 milyon 322 min ədədə yüksəlmişdi. Beləliklə, təxminən ötən 2 il ərzində kredit kartlarının sayı 2 dəfədən çox azalıb.
Ötən il 2015-ci ilin sonu ilə müqayisədə debet kartlarının sayı (əməkhaqqı, sosial və digər debet kartları) 53 min min ədəd artaraq 31 dekabr 2016-cı il tarixinə 4 milyon 703 min ədədə çatıb.
Ötən il debet kartlarından əməkhaqqı kartlarının sayı 101 min ədəd artaraq 2 milyon 552 min ədədə, sosial kartların sayı isə 54 min ədəd artaraq 1 milyon 521 min ədədə yüksəlib.
Digər debet kartlarının sayı isə 102 min ədəd azalaraq 630 min ədədə düşüb. 2015-ci ilin ortalarında digər debet kartlarının sayı 900 min ədəd civarında idi.
Ötən il 2015-ci ilin sonu ilə müqayisədə Azərbaycanda cəmi ödəniş kartlarının sayı (debet və kredit kartları daxil) 325 min ədəd azalaraq 5 milyon 334 min ədədə düşüb. 2015-ci ilin əvvəlində cəmi kartların sayı 6 milyon ədəddən çox idi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























