• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistan "Azerspace-1"-d peykinin imkanlarından birgə istifadə etmək niyyətindədir

Pakistan  "Azerspace-1"-d peykinin imkanlarından birgə istifadə etmək niyyətindədir
13.02.2017 17:00
Azərbaycan səfiri: Bu sahədə ikitərəfli əməkdaşlığın yaradılması nəzərdə tutulur.

ANN.AZ/ Pakistan Azərbaycan "Azerspace-1" telekommunikasiya peykinin imkanlarından birgə istifadə imkanlarını öyrənir.
"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bildirib.

"Bu məsələ 2016-cı ildə ticari-iqtisadi əməkdaşlıq üzrə Pakistan-Azərbaycan hökumətlərarası komissiyanın iclasında müzakirə olunub. O zaman Azərbaycan Pakistan tərəfinə milli telekommunikasiya peykinin resurslarından istifadəni təklif edib", - deyə Ə.Əlizadə vurğulayıb.

O, bu məsələnin hazırda Pakistanın müvafiq qurumları tərəfindən nəzərdən keçirildiyini və bu sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması planlarının olduğunu əlavə edib.

Diplomat pakistanlı iş adamlarının Azərbaycanın texnoparklarına və sənaye rayonlarına sərmayə qoyulması imkanlarını nəzərdən keçirdiklərini də bildirib.

"Azərbaycanda artıq kifayət qədər texnoparklar və sənaye rayonları yaradılıb. Onlar sahibkarlıq fəaliyyəti üçün əlverişli şərtlər, vergi güzəştləri, sahibkarlıq fəaliyyəti üçün prosedurun sadələşdirilməsini və Pakistanın işgüzar dairələrini bu gün maraqlı olduqları xarici investisiyaların cəlb edilməsini təklif edir", - Ə.Əlizadə qeyd edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol