“Moody's” Azərbaycanın suveren reytinqini açıqladı

"Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini dəyişdirməyərək əvvəlki səviyyədə təsdiq edib.
ANN.Az Report-a istinadən xəbər verir ki, müntəzəm olaraq reytinqlərin yenilənmə prosesinə uyğun olaraq Azərbaycanın müstəqil kredit reytinqi "Ba1”, proqnoz isə "neqativ” səviyyədə saxlanılıb.
Xatırladaq ki, "Moody's” agentliyi Azərbaycanın kredit reytinqini 2016-cı il fevralın 5-də "Baa3” səviyyəsindən azaldaraq "Ba1”-ə endirib, proqnozu isə "stabil”də saxlayıb. Kredit reytinqi üzrə proqnozu isə agentlik 2016-cı il aprelin 29-da "neqativ”ə endirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























