"Neft Daşları" yatağında yeni quyu istismara verilib

Quyu gündəlik 12 ton neft və 1 600 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
ANN.AZ/ "Neft Daşları” yatağındakı 1954A saylı estakadayanı meydançada 2685 nömrəli quyu qazmadan sonra istismara verilib.
"ANN" SOCAR-a istinadən xəbər verir ki, quyu Qirməkialtı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 1 145-1 140 metr intervaldan gündəlik 12 ton neft və 1 600 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft” İstehsalat Birliyinin "Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























