Dünya “Sevgililər Günü”nü, Bank of Baku ailəsi isə 23 yaşını qeyd edir!

Bu gün bütün dünya sevgililər gününü qeyd etdiyi
bir vaxtda, ölkəmizdə "Sizə Yaxın
Bankçılıq” prinsipi ilə fəaliyyət göstərərək yüz minlərlə müştərinin sevgisini
qazanmış Bank of Baku 23 yaşını qeyd edir.
23 il ərzində müştərilərinə göstərdiyi yüksək xidmətilə
sevgisini, qayğısını nümayiş etdirən Bank daim yenilikçi addımları ilə həm
onların rəğbətini qazanmış, həm də uzun illər bazarda lider mövqeyini qoruyub
saxlaya bilmişdir. Fəaliyyətini əsasən riteyl bakçılıq üzərində quran və bu sahədə
Azərbaycanın bank sektoruna gətirdiyi yenilikləri ilə daim öncül yerlərdə olan
Bank of Baku, 23-cü ildönümü ərəfəsində universal banka çevrilmək istiqamətində
mühüm addımlar atmağa başladı:
- Və iş adamlarına özəl yeni məhsulunu İŞKART – biznes kartını təqdim etdi.
Korporativ Bankçılıq sahəsində fəaliyyət dairəsini
genişləndirməyi hədəfləyən Bank 23-cü yaşında bu sahədə də bazarın lideri
olmağa iddialıdır. Bu iddianın reallaşmasına Bankın uzun illərə dayanan təcrübəsi,
peşəkarlardan ibarət komandası əsas verir. Təsadüfi deyildir ki, Azərbaycanın
aparıcı bankları və biznes qurumlarında ən yüksək vəzifələrdə məhz sektorunun
Akademiyası olaraq tanınan Bank of Baku-nun yetirmələri fəaliyyət göstərir.
Ad gününə özəl olaraq Bank həm plastik kart istifadəçilərini,
həm kredit müştərilərini, həm də korporativ müştərilərini sevindirəcək silsilə
kampaniyalara start verib. Bu kampaniyalar haqqında ətraflı məlumatla bu linkdən
tanış ola bilərsiniz: www.bankofbaku.com/az/stock/
Bank of Baku-nun
fəaliyyəti və təqdim etdiyi xidmətlər haqqında daha ətraflı məlumatla Bankın rəsmi
facebook səhifəsindən www.facebook.com/bankofbaku/
və www.bankofbaku.com/ internet
ünvanından tanış ola bilərsiniz.
Daha ətraflı:
www.bankofbaku.com
www.facebook.com/bankofbaku
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























