Əmlak Məsələləri Dövlət Komitəsi YENİ TƏYİNAT
"Bakı Sığorta" ASC-nin İdarə Heyətinin sabiq sədri Ramil Ağayevin yeni iş yeri məlum olub.
"APA-Economics"in əldə etdiyi məlumata görə, R. Ağayev hazırda Əmlak Məsələləri Dövlət Komitəsi sədri Kərəm Həsənovun hüquq məsələləri üzrə məsləhətçisi vəzifəsində çalışır.
Qeyd edək ki, R. Ağayev ötən ilin aprel ayında "Bakı Sığorta"nı tərk edib.
R. Ağayev şirkəti tərk etdikdən sonra İdarə Heyətinin sədri vəzifəsi vakantdır. Bu vəzifəni İdarə Heyəti sədrinin müavini Ramin Məmmədov icra edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























