Rusiya Azərbaycana “halal” hinduşka əti ixrac edəcək

Rusiyanın iri hinduşka istehsalçısı olan "Evrodon” şirkətlər qrupu Özbəkistan, Azərbaycan və Qırğızıstana halal məhsulların (Müsəlman qanunlarına uyğun) tədarükünə dair razlıq əldə edib.
ANN.Az Report-a istinadən xəbər verir ki, bu barədə şirkət nümayəndəsinə istinadən RİA Novosti məlumat yayıb.
"Həm soyudulmuş, həm də emal edilmiş "halal” məhsullar Azərbaycan, Özbəkistan, Qırğızıstan kimi ölkələrin bazarlarında işləyən ixracatçılarla əvvəlcə danışıqlar, sonra isə tərəfdaşlıq münasibətlərinin qurulmasına dair əldə edilən razılaşmaların mövzusu olub”, - deyə şirkət nümayəndəsi bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























