• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR istiqrazlarının qiyməti artı

SOCAR istiqrazlarının qiyməti artı
15.02.2017 11:00
Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlar olan SOCAR istiqrazlarının qiyməti yüksəlib.
 
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyətini həyata keçirən "PSG Kapital" investisiya şirkətindən "APA-Economics”ə verilən məlumata görə, SOCAR istiqrazlarının satış qiyməti 1 004-1 005 dollara yüksəlib. Hazırda adı çəkilən istiqrazları 1 004-1 005 dollara almaq və 1 000 dollara satmaq olar.
 
"PSG Capital” şirkətindən bildirilib ki, növbəti istiqrazların faiz ödənişinin vaxtı  yaxınlaşdıqca istiqrazların qiyməti də yüksələcək.
 
Xatırladaq ki, istiqrazlar üzrə faizlər 3 aydan bir ödənilir. Hər faiz ödənişi zamanı istiqraz sahiblərinə hər istiqraz üzrə 12,5 dollar, il ərzində isə ümumilikdə 50 dollar məbləğ ödənilir. İlk faiz ödənişi 17 yanvar 2017-ci ildə olub, növbəti faiz ödənişi isə 17 aprel 2017-ci ildə baş tutacaq.
 
Dövlət Neft Şirkətinin daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 100 mln. dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliklə buraxılıb. İstiqrazların təkrar bazarına isə 2016-cı ilin 17 oktyabrından start verilib.
 
Xatırladaq ki, bir qədər əvvəl "PSG kapital” şirkəti SOCAR istiqrazlarının alış-satışı üzrə yanvar ayının nəticələrini açıqlayıb. Nəticələrə görə, yanvar ayında 16,5 mln. dollarlıq SOCAR istiqrazlarının alqı-satqısı üzrə  82 əqd bağlanıb. İstiqraz alanların 72%-ni yeni müştərilər, 28%-ni isə əvvəlki müştərilər təşkil edib. İndiyədək təkrar bazarda 50 milyon dollarlıq SOCAR istiqrazı alınıb-satılıb. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol