• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət əmlakının özəlləşdirilməsi 300 mindən artıq iş yerini açmağa imkan verib

Dövlət əmlakının özəlləşdirilməsi 300 mindən artıq iş yerini açmağa imkan verib
15.02.2017 12:45
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün "Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar" mövzusunda İşgüzar Forum keçirilib.

ANN-in məlumatına görə, Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi ilə yanaşı, İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyalann Təşviqi Fondunun nümayəndələri, habelə, ölkənin ən iri və nüfuzlu holdinq, assosiasiya, bank, şirkətlər qrupu və ittifaqlarını təmsil edən 100-dən artıq sahibkarlıq subyekti, məsləhətçi və iş adamları iştirak ediblər.

Forumun əsas məqsədi ölkədə fəaliyyət göstərən sahibkarıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, bu sahədəki yeni yanaşmalar, innovasiyalann tətbiqi, özəlləşdirməyə yeni açılmış müəssisə və sahələr, şəffaflığın artırılması ilə bağlı görülən təbliğat və maarifləndirmə tədbirləri barədə məlumatlandırmaq olub. Həmçinin, ölkədəki əlverişli investisiya mühitindən yararlanaraq, sahibkarların bu prosesdə iştirakının genişləndirilməsi ilə bağlı praktiki addımların atılması olub.

İşgüzar forum özəlləşdirmə prosesini əhatə edən qısa filmin nümayişi ilə başlayıb. Filmdə dövlət əmlakının özəlləşdirilməsi prosesinə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə start verilməsi, bu günədək eldə olunmuş nailiyyətlər, özəlləşdirildikdən sonra uğurla fəaliyyət göstərən çoxsaylı istehsal müəssisələrindən videogörüntülər, ölkə başçısı İlham Əliyevin özəlləşdirmənin sürətləndirilməsi ilə bağlı son dövrlərdə imzaladığı fərman vı sərəncamların icrası ilə əlaqədar görülən işləri əhatə edən kadrlar, əhalinin hərrac və müsabiqələrdə sərbəst iştirakını əks etdirən materiallar, sahibkarlar üçün maraq kəsb edən digər məlumatlar yer alıb.

Forumda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Azərbaycanda dövlət əmlakının geniş şəkildə özəlləşdirilməsi prosesinə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə başlanılıb və ötən dövr ərzində bu sahədə bir çox uğur və nailiyyətlər əldə olunub. O qeyd edib ki, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində sahibkarlıq sektorunda 300 mindən artıq iş yeri yaradılıb, 250 mindən çox şəxs səhm sahibi olub, ümumilikdə 1,2 milyondan artıq vətəndaş bu və ya digər formada özəlləşdirmədən faydalanıb: "ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Rusiya, Çin, Finlyandiya və digər dövlətlərin investorları özəlləşdirmədə iştirak ediblər".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol