Azərbaycanda yeni bank yaradılacaq

Azərbaycanda 100 faizli İran kapitalı ilə bankın yaradılması planlaşdırılır.
Bunu Trend-ə Bakıda eksklüziv müsahibəsində İran Mərkəzi Bankının rəhbəri Vəliulla Seyf deyib.
O qeyd edib: "Bankın 1993-cü ildən bəri Azərbaycandə fəaliyyət göstərən "Bank Melli İran" bankının filialının Azərbaycan bankına çevrilməsi yolu ilə nəzərdə tutulur. Bankın kapitalı tamamilə İran kapitalı hesabına yaradılacaq. Səhmdar qismində "Bank Melli İran" iştirak edəcək".
Qeyd edək ki, daha əvvəl filialları həm Azərbaycanda, həm də İranda fəaliyyət göstərəcək birgə bankın yaradılması ilə bağlı planlar mövcud olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























