• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət ət istehsalçıları ilə müqavilələri dayandırir

Dövlət ət istehsalçıları ilə müqavilələri dayandırir
20.02.2017 14:02
"Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti dövlət satınalan təşkilatları ət məhsulları ilə təchiz edən fiziki və hüquqi şəxslərin maarifləndirilməsinə başlayıb.

ANN.Az xəbər verir ki, cəmiyyətin təşkilatçılığı ilə ilk işgüzar xarakterli görüş keçirilib. 

Görüşü giriş sözü ilə açan cəmiyyətin İdarə Heyətinin sədr müavini Elşən Əsədov bildirib ki, qurum yanvar ayının 1-dən etibarən 23 hüquqi, 14-ü fiziki şəxs olmaqla 37 ət istehsalçını 1835 satınalan təşkilatın ət məhsulu ilə təminatına cəlb edib. Hazırda bu istehsalçılarla qarşılıqlı anlaşma şəraitində təchizat sistemi qurulub.

Qeyd edilib ki, satınalan təşkilatların böyük əksəriyyətini uşaq bağçaları və xəstəxanalar təşkil etdiyi üçün təchizatçılardan yüksək standartlara uyğun, sertifikatlaşdırılmış, zoobaytar-gigiyenik tələblərə cavab verən ət məhsullarının istehsalı tələb olunur. 

Cəmiyyət daimi olaraq ət istehsalçılarının məhsullarını monitorinq edir, buna görə də sanitar-gigiyenik qaydalara əməl edilməsi son dərəcə vacibdir. 

Standartlara cavab verməyən - dövlət baytarlıq xidməti tərəfindən qeydiyyatdan keçərək şəhadətnamə almayan, müasir kəsim texnologiyası qurmayan, iribuynuzlu heyvanların kəsimi zamanı tələb olunan sanitar qaydalara əməl etməyən, əti saxlanma şəraiti olmayan istehsalçılarla müqavilələr dayandırılacaq.

"Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Yerli Ərazi İdarələri ilə İş Departamentinin müdiri Abbas Hacıyev və Tədarük-Təchizatın Təşkili Departamentinin müdiri İlqar Məmmədov bölgələrdəki satınalan təşkilatların ət təchizatı üzrə aparılmış monitorinqin nəticələrini açıqlayıblar. 

Ət istehsalçıları tərəfindən yol verilən nöqsanlar sadalanaraq tez bir zamanda aradan qaldırılması tələb edilib.

"Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Keyfiyyətə Nəzarət şöbəsinin mütəxəssisi Fərmayıl İsgəndərov ət istehsalçılarına kəsimə hazırlıq barədə geniş məlumat verib. 

Bildirilib ki, müasir texnologiyaların tətbiqi ilə kəsim ətin gigiyenik tələblərə cavab verməsini təmin edir, heyvanın sanitar şərait təmin olunmamış yerlərdə kəsilməsi, saxlama şəraitinin olmaması keyfiyyətin aşağı düşməsinə səbəb olur.

İşgüzar müzakirədə ət istehsalçılarına isti yay aylarında ət təchizatının qurulması ilə bağlı tövsiyələr verilib, iribuynuzlu heyvanın kəsilməsi, ətin emalı, qablaşdırılması, saxlanması, daşınmasına aid metodik vəsaitlər təqdim olunub.

Ət istehsalçıları ilə maarifləndirici görüşlər davam etdiriləcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol