Beynəlxalq Bankı manat depozitinin faizlərini artırdı

Azərbaycan Beynəlxalq
Bankının depozit şərtləri müştərilər üçün daha da sərfəli olub. İndi manatla
depozitləri Azərbaycan Beynəlxalq Bankında 13%-ə qədər illik faiz dərəcəsi ilə yerləşdirmək
olar. Müştərinin istəyindən asılı olaraq faizlər aylıq, yaxud müddətin
sonunda ödənilir. Müştəriyə Bankda yerləşdirdiyi depozitin müəyyən həcmində
kredit əldə etmək imkanı da yaradılır.
Xatırladaq ki,
Azərbaycan Beynəlxalq Bankı bu ilin əvvəlindən ABŞ dolları ilə depozitlər üzrə
faiz dərəcəsini də 3,25%-ə qədər artırıb. Depozitlər Bankın bütün filiallarında
qəbul olunur. Ətraflı: www.ibar.az/fiziki-sexslere/emanetler-uzre-faiz-dereceleri/
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























