• $
  • €
  • ₽
  • ₺
  • £

“Aztelekom” təhlükəsiz internet xidmətinin tətbiqinə başlayıb

“Aztelekom” təhlükəsiz internet xidmətinin tətbiqinə başlayıb
29.05.2020 05:00
"Aztelekom" MMC müxtəlif yaş qruplarına aid istifadəçilər üçün yeni, təhlükəsiz internet xidmətinin test rejimində tətbiqinə başlayıb.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, geniş seçim imkanı yaradan xidmət sürətli informasiya axınında istifadəçini arzuolunmaz məzmunlardan, viruslu, həmçinin zorakılığı təbliğ edən zərərli kontentlərdən, bir sözlə, internet təhlükələrindən qoruyur.
 
"Aztelekom.net” internet provayderinin abunəçiləri üçün təklif edilən bu xidmət istifadəçiyə arzuolunmaz saytlardan müxtəlif müdafiə mexanizmləri təklif edir. İstifadəçi "ağ siyahı” yaradaraq arzu olunan internet resurslarının siyahısını tərtib edə, eyni zamanda, təhlükəli hesab edilən resursları "qara siyahı”ya daxil edərək, onlardan istifadəni məhdudlaşdıra bilər. Eyni zamanda, istifadəçinin istədiyi vaxt filtiri deaktiv edərək, arzu etdiyi "web” resurslara daxil olmaq, daha sonra isə onu aktiv edə bilmə imkanı mövcuddur.
 
Hazırda 9 rayon (Abşeron, İmişli, Naftalan, Göyçay, Şirvan, Lənkəran, Qəbələ, Oğuz və Hacıqabul TKQ-lər) ərazisində istifadəçilər xidmətdən test rejimində yararlanırlar. Yaxın zamanlarda təhlükəsiz internet xidməti Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün rayon və şəhərlərdə də tətbiq ediləcək.
 
Məlumat üçün bildirək ki, bir qədər əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən "Bakinternet” istifadəçiləri üçün də təhlükəsiz internet xidməti istifadəyə verilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol