SOCAR Londonda tədbir keçirib

Britaniya Enerji İnstitutunun təşkilatçılığı ilə Londonda Beynəlxalq Neft Həftəsi keçirilir.
ANN.AZ/ Britaniya Enerji İnstitutunun təşkilatçılığı ilə Londonda Beynəlxalq Neft Həftəsi keçirilir.
"ANN" xəbər verir ki, tədbirə 50-dən çox ölkənin nümayəndələri qatılıb. Üç gün müddətində keçirilən konfrans, "dəyirmi masa" və fasilələrdə çağırışlar və imkanlar, enerji bazarında tələb-təklif, qiymət dəyişikliyi, neft-qaz ve neft-kimya alqı-satqısı məsələləri müzakirə olunur.
Toplantıya qatılan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) artıq 6 ildir Beynəlxalq Neft Həftəsi çərçivəsində tədbir keçirir. SOCAR-ın tədbir təşkil etməsində əsas məqsədi Azərbaycanın beynəlxalq biznes əlaqələrinin daha da artması, beynəlxalq biznes münasibətlərinin inkişaf etdirilməsidir. Həmçinin, tədbirin məqsədi şirkətin həyata keçirdiyi işlər barədə məlumat vermək, yeni-yeni tərəfdaşlar əldə etmək olub. Tədbiri Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları və yerli diaspor nümayəndələri də ziyarət ediblər.
Qeyd edək ki, Beynəlxalq Neft Həftəsinin 1-ci günündə sənayenin gələcəyə uyğunlaşdırılması, enerji təchizatı, neft iqtisadiyyatının gələcəyi, dünya enerji tələbatının qarşılanması, Asiyanın enerji tələbatının gələcəyi, neft və qaz qiymətləri və digər məsələlər müzakirə olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























