• $
  • €
  • ₽
  • ₺
  • £

“Azpetrol Ltd” MMC Caspian Energy Forum Baku – 2017-nin partnyoru olub

“Azpetrol Ltd” MMC  Caspian Energy Forum Baku – 2017-nin partnyoru olub
24.02.2017 18:18
"Azpetrol Ltd” MMC  2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) partnyoru olub.

Caspian  European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin məlumatına görə, "Azpetrol Ltd” MMC sıralarında dünyanın 50 ölkəsindən olan biznesmenləri birləşdirən Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un fəal iştirakçısıdır.

"Azpetrol Ltd” MMC-nin baş direktoru Ceyhun Məmmədov region üçün Caspian Energy Forum-2017 kimi əhəmiyyətli tədbiri dəstəkləməyə hazır olduqlarını ifadə edib. Onun sözlərinə görə, şirkət uzun illər ərzində Klubu dəstəkləyir, CEİBC-nin keçirdiyi biznes-forumlarda fəal iştirak edir.

"Azpetrol Ltd” MMC bazarda 1997-ci ildən fəaliyyət göstərir. "Azpetrol Ltd” MMC ən müasir, beynəlxalq standartlara cavab verən benzindoldurma və qazdoldurma stansiyalar şəbəkəsinə sahib olan və Respublikada maye yanacaq satışı bazarında öz müştərilərinə yüksəksəviyyəli xidmət göstərən yerli şirkətdir.

Caspian Energy Forum-2017-də Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurum rəhbərləri, Azərbaycan Respublikasında akkreditə edilmiş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng beynəlxalq şirkətlərin başçıları iştirak edəcəklər. Forumun işinə dünyanın 50 ölkəsindən 500 deleqat qatılacaq.

Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr ediləcək. İkinci sessiya Xəzər regionu ölkələrinin enerji sektorunun inkişafı mövzusunu əhatə edəcək. Üçüncü sessiya isə qeyri-neft sektorunda həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi ilə bağlı olacaq.

4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin partnyoru həmçinin «ASE EXPRESS & OCS, DSV» şirkətidir, sponsoru - "R.İ.S.K.” Elmi-İstehsalat Şirkətidir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol