Bank of Baku görmə məhdudiyyəti olan uşaqlar üçün Braille teach cihazını təqdim etdi!

Görmə məhdudiyyəti
olan uşaqların Brayl əlifbasını öyrənmələrinə kömək edəcək "Braille teach” adlı
interaktiv qurğunun hazırlanmasında maliyyə dəstəyi göstərən Bank of Baku
cihazın rəsmi təqdimetmə mərasimini keçirdi.
24 fevral
2017-ci il tarixində, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli
xüsusi internat məktəbi”ndə keçirilən
tədbirdə cihazın hazırlanmış ilk nüsxələri məktəb rəhbərliyinə təqdim olundu.
Təqdimetmə mərasimində açılış nitqi ilə iştirak edən
internat məktəbinin direktoru İradə Vəzirova cihazın ilkin olaraq bir ay müddətində
sınaqdan keçirildiyini və pedaqoji heyət tərəfindən əsasən məktəbəqədər və
ibtidai siniflərdə təhsil alan gözdən əlil uşaqların şifahi nitqi və əqli
inkişafı üçün əlverişli olduğunu bildirib.
Bank of Baku-nun Korporativ Sosial Məsuliyyət
proqramı çərçivəsində istehsal olunan bu cihaz, Bankın Reklam və İctimaiyyətlə
Əlaqələr Departamentinin direktoru Nigar Tahirovanın sözlərinə görə uşaqların
Brayl əlifbasını daha asan və rahat şəkildə öyrənmələrinə, həmçinin dərslərin
interaktiv təhsil metodu ilə keçirilməsinə müsbət fayda verəcək.
Azərbaycanda ilk dəfə tətbiqinə başlanılacaq bu
cihaz "Bionix Tech” şirkətinin təsisçisi və icraçı direktoru Rəşid Əliyev tərəfindən
ixtira olunub. Tədbirdə çıxış sözü ilə iştirak edən Rəşid Əliyev cihaz və onun
istifadəsi haqqında ətraflı məlumat verib, Brayl əlifbasının öyrənilməsində
uşaqlar üçün təqdim etdiyi üstünlüklərdən danışıb.
Qeyd edək ki, cihaz 4 dildə - Azərbaycan, rus,
ingilis və alman dillərində istehsal olunaraq həm hərflərin, həm də rəqəmlərin
öyrənilməsi üçün müxtəlif oyunlardan ibarətdir.





www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























