• $
  • €
  • ₽
  • ₺
  • £

Yaponlar Balaxanıda

Yaponlar Balaxanıda
27.02.2017 18:00
Yaponiyanın "Mitsubishi”, "Sumitomo”, "Mayekawa” və "Roboto” şirkətlərinin nümayəndələri "Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olublar. Qonaqlara səhmdar cəmiyyətin fəaliyyəti və reallaşdırdığı layihələr barədə məlumat verilib.

"Təmiz Şəhər” ASC-nin İdarə heyəti sədrinin müavini Səbuhi Mehdizadə ölkəmizdə qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, sənaye parkları və sənaye zonalarında sahibkarlar və investorlar üçün yaradılmış əlverişli şərait barədə məlumat verib. Bildirilib ki, 7 hektar ərazini əhatə edən Balaxanı Sənaye Parkında məişət tullantılarının emalı və xidmət müəssisələrinin yaradılması nəzərdə tutulur. Parka əsasən, təkrar emalla məşğul olan müəssisələr cəlb edilir. Hazırda sənaye parkının işlənmiş mühərrik yağlarının, pet butulkaların, karton və plastik məmulatların emalı və mebel istehsalı ilə məşğul olacaq 5 rezidenti var.

Qonaqlara həmçinin, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti ilə bağlı məlumat verilib. Bildirilib ki, zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantı yandırmaq və 231 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində Zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol