• $
  • €
  • ₽
  • ₺
  • £

Bank of Baku-nun 145 Məlumat Mərkəzi 10 yaşını qeyd edir!

Bank of Baku-nun 145 Məlumat Mərkəzi 10 yaşını qeyd edir!
01.03.2017 15:58
Ölkənin bank sektoruna gətirdiyi onlarla yenilikləri ilə innovator adını qazanan Bank of Baku həm də müştərilərə ilk dəfə olaraq avtomatlaşdırılmış menyu əsasında xidmət göstərən Məlumat Mərkəzini təqdim edən ilk bank olub.

Belə ki, 2007-ci ilin bu günündə ölkəmizdə ilk dəfə olaraq İVR (İnteraktiv Səsli Cavablanma) menyu əsasında 145 Məlumat Mərkəzi fəaliyyətə başladı. Keçən 10 il ərzində Məlumat Mərkəzi 1 milyondan artıq müştəri zəngini qəbul edib, onların Bankın məhsul və xidmətlərindən daha rahat istifadəsini təmin edə bilmişdir.

145 Məlumat Mərkəzi zənglərin cavablandırılması ilə yanaşı, Bankın korporativ saytları (http://www.bankofbaku.com/ və http://www.bolkart.az/) üzərindən daxil olan müraciətlərin icrası (kredit, debet kart sifarişi, zəng sifarişi, onlayn məsləhətçi, video zəng), həmçinin sosial şəbəkələrin və 8145-ə daxil olan sorğuların cavablandırılmasını da həyata keçirir.

Həftəiçi hər gün saat 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq müştərilərə xidmət göstərən 145 Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla müştərilər aşağıdakı xidmətlərdən rahat şəkildə istifadə edə bilərlər:

* Operatora qoşulmadan 24/7 rejimində kredit hesabı və plastik kart balansı haqqında məlumat əldə etmək;

* Plastik kartlar üzrə əməliyyatların, kartın itirildiyi və ya oğurlandığı zaman istənilən an bloklaşdırılması və ya blokdan çıxarılması imkanı;

* Geri zəng xidməti – xəttə gözləmək imkanı olmayan müştərilər İVR menyu üzərindən nömrələrini qeyd etməklə, mərkəzin əməkdaşlarının onlarla əlaqə saxlamalarını təmin edə bilərlər;

* Kredit və ya zəng sifarişinin yerləşdirilməsi;

* İrad və təkliflərin operatorla əlaqə saxlamadan qısa vaxt ərzində qeydə alınması;

* Bankın xidmət, məhsul və cari kampaniyaları haqqında məlumatın əldə edilməsi.

145 Məlumat Mərkəzinin təqdim etdiyi bu və digər xidmətlərdən faydalanmaq üçün gündəlik olaraq 4000 nəfərdən çox müştəri mərkəzlə ya birbaşa olaraq zəng edərək, ya saytdakı onlayn məsləhətçi və video zəng xidmətindən istifadə edərək, ya da sosial şəbəkələr vasitəsilə müraciətlərini ünvanıayaraq əlaqə saxlayırlar.

145 Məlumat Mərkəzinə daxil olan müraciətlərin illik sayı orta hesabla aşağıdakı kimidir:

* Edilən zənglərin sayı – 250.000

* Sayt vasitəsilə daxil olan müraciətlərin sayı – 20.000

* Onlayn məsləhətçi xidmətindən istifadə edən müştəri sayı – 30.000 nəfər

* Sosial şəbəkələr vasitəsilə daxil olan müraciatlər – 61.000


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol