• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı iş adamı qurbağa ətini Rusiya bazarına çıxarıb

Azərbaycanlı iş adamı qurbağa ətini Rusiya bazarına çıxarıb
06.03.2017 15:45
Ötən il Azərbaycanda yaradılan "Azərifrog" MMC qurbağa əti istehsalı istiqamətində hazırda fəaliyyətini davam etdirir.

ANN.Az xəbər verir ki, bu haqda modern.az-a Standartlaşma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

F.Talıblı bildirib ki, qurum lazımi sənədlər üçün onlara müraciət edib: "Biz də onların istəyinə uyğun olaraq araşdırma apardıqdan sonra sənədləşmə işlərini həll etdik. Amma MMC-nin bu günədək nə qədər ixrac əməliyyatı icra etdiyi barədə məlumatımız yoxdur".
 
"Azərifrog" MMC-nin rəhbəri Rauf Hüseynzadə modern.az-a açıqlamasında hələlik işlərin davam etdirildiyini bildirib:
 
"Hazırda qurbağa əti istehsalını davam etdiririk. İndiyə qədər əsasən, qurbağa ixracını Rusiya bazarına etmişik. Bu il isə Avropa ölkələrinə ixrac etməyi planlaşdırırıq".

R.Hüseynzadə daha ətraflı məlumatı ixrac əməliyyatları gerçəkləşəndən sonra verəcəyini deyib.

Qeyd edək ki, "Azərifrog" MMC-nin rəhbəri R.Hüseynzadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur.

 Fransanın Nantes şəhərində eyni adlı universitetin MBA üzrə magistraturasında təhsil alıb, Fransada yaşayır. Onun Azərbaycanda qurbağa istehsalına başlaması isə tam təsadüf nəticəsində baş verib. R.Hüseynzadə restoranda yemək zamanı qurbağa əti ona maraqlı gəlib. Fransada qurbağa ətinin varlı insnaların süfrəsində eyr aldığını öyrənədən sonra Azərbaycanda qurbağa istehsalına başlamağı qərara alıb.

Salyanda qurbağa ferması "Azərifrog" MMC tərəfindən 2015-ci ildə yaradılıb və 2016-ci ilin yayından fəaliyyətə başlayıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol