“Metropark” 5 illiyini qeyd edir

Əziz qonaqlarımız, 2012-ci ildən bu yana sizin rahatlığınız və məmnuniyyətiniz üçün işləyən "Metropark” mart ayının 7-də 5 illiyini qeyd edir.
Sizlərə hər zaman yüksək xidmət göstərə bilmək məqsədilə 700 nəfərin çalışdığı "Metropark” ailəsi olaraq, əyləncə və alış-verişin yanı sıra bütün özəl günləriniz və xoş anlarınızda bizi seçdiyinizə görə hər birinizə ayrılıqda öz təşəkkürümüzü bildiririk.
Hər il olduğu kimi, yenə bu il də 5-ci yaşımızı sizlərlə birlikdə sevinc və əyləncə içində keçirmək istəyirik. Mart ayının 7 ve 8-i tarixlərində sizlər üçün möhtəşəm şoularla dolu əyləncə və sürprizlər, 8 Mart tarixində isə tanınmış müğənni Rəhim Rəhimlinin möhtəşəm konsert şou proqramı ilə sizlərə unudulmayacaq anlar yaşadacağıq.
Həm yaranışımızın 5-ci ilini həm də Ümumdünya Qadınlar Bayramını sizlərlə birlikdə keçirəcəyimiz üçün çox şadıq.
Gözəlliyi dillərə dastan, zərif və müqəddəs Azərbaycan xanımlarının 8 Mart Ümumdünya Qadınlar gününü öncədən təbrik edirik
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























