“Qara bazar”da dollar böhranı

Son bir neçə gündə "qara bazarda” dollar böhranı yaranıb. Fins.az-ın fərdi qaydada dollar satışı ilə məşğul olan şəxslərdən aldığı məlumata görə, bazara dollar qıtlığı yaranıb, satmağa dollar tapılmır. Belə ki, "qara bazar” vətəndaşların satdığı dollara görə formalaşır. Ötən həftədən etibarən isə "qara bazar”a dollar satanlar vətəndaşların sayı da kəskin azalıb: "Yanvar ayında 30-40 nəfər dollar satırdısa, indi cəmi 10-12 nəfər dollar dəyişir”.
"Qara bazar”dan bildirilib ki, bundan əlavə vətəndaşlar satışa çıxardıqları dolların həcmini də azaldıblar: "Məsələn, əvvəl bir nəfər 1000-2000 dəyişirdisə, indi bu məbləğ 100-500 dollar arasındadır”.
"Dollar alverçiləri”nin sözlərinə görə, bu da baha dollar alan vətəndaşların onu ucuz satmaq istəməmələri ilə bağlıdır: "1.85-1.90 manata dollar alan onu 1.77 manata dəyişmək istəmir və gözləmə mövqeyində qalır”.
Bunun əksinə olaraq bazardan dollar almaq istəyən vətəndaşlar artıb: "Hazırda müştərilər 1000-5000 dollar almaq istəyirlər.
Amma əlimizdə dollar olmadığı üçün sata bilmirik”. Buna görə də əksər "dollar alverçiləri” satışları dayandırıblar.
Qeyd edək ki, ötən həftədən etibarən "qara bazarda” doların məzənnəsi dəyişməyib. Hazırda dollar 1.76 manata alınıb, 1.77 manata satılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























