• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın şist neft hasilatçıları neftin qiymətinin artımını 65 dollar/bareldə məhdudlaşdıracaq

ABŞ-ın şist neft hasilatçıları neftin qiymətinin artımını 65 dollar/bareldə məhdudlaşdıracaq
07.03.2017 19:00
ANN.AZ/ OPEC və kartelə üzv olmayan neft hasil edən ölkələrin (OPEC+) 2016-cı il noyabrın 30-da Vyanada hasilatın azaldılması ilə bağlı 2017-ci il yanvarın 1-də başlayan və 6 ay müddətinə qəbul edilən qərarı ilin sonuna qədər uzadacağı proqnozlaşdırılır. "ANN" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə kartel üzvlərindən bir neçəsi "Reuters" agentliyinə açıqlama verib. Onlar bildiriblər ki, dünya neft ehtiyatlarında azalma qeydə alınmasa, OPEC+ nəinki hasilatın azaldılması ilə bağlı qərarını uzada, hətta hasilatı bir qədər də azalda bilər.

Qeyd edək ki, hasilatın azaldılması ilə bağlı qərarın tətbiqindən 2 ay keçməsinə baxmayaraq, OPEC+ öhdəliyinə 90%-dən çox əməl edib. Məhz bu səbəbdən neftin qiyməti 50 dollar/bareldən baha satılır. OPEC-in açıqlamasına görə, onun əsas vəzifəsi qlobal neft ehtiyatlarının həcmində azalmaya nail olmaqdır. Təşkilatın hesabatına əsasən, 2016-cı ilin dekabr ayında OECD ölkələrinin neft ehtiyatları 2,999 mlrd. barelə geriləsə də son 5 illik orta qiymətdən 299 mln. barel artıq olub.

OPEC+ neft hasilatını bir qədər də azaltsa, bu dəfə ABŞ-ın şist neft hasilatçılarının hasilatı artıracağı gözlənilir. Bu səbəbdən təşkilatın orta bir mövqe tutması gözlənilir. Bu da neftin qiymətinin artımını 65 dollar/barel səviyyəsində məhdudlaşdırır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol