• $
  • €
  • ₽
  • ₺
  • £

Büdcədən kredit faizlərinə ödənilən məbləğin həcmi AÇIQLANDI

Büdcədən kredit faizlərinə ödənilən məbləğin həcmi AÇIQLANDI
07.03.2017 20:30
Azərbaycanın əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları ilə 2017-ci il yanvarın 1-nə dövlət zəmanəti əsasında bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən ümumi məbləğ 11 049,9 mln. ABŞ dolları ekvivalentində kredit sazişləri imzalanıb. 

ANN.Az report-a istinadən xəbər verir ki, imzalanmış sazişlər üzrə ayrılan kreditlərdən ümumilikdə 8 407,4 mln. dolları və ya 76,1%-i, o cümlədən 2016-cı il ərzində 1 203,6 mln. dollar ekvivalentində vəsait istifadə olunub.

Bu ilin əvvəlinə istifadə edilmiş kreditlər üzrə təqribən 1 900,4 mln. dollar məbləğində əsas borc qaytarılıb. Dövlət zəmanəti ilə verilmiş xarici borcun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən 2017-ci il yanvarın 1-nə 6 913,2 mln. dollar ekvivalentində olub.
Ötən il ərzində xarici dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsi vəsaiti hesabına 719,2 mln. dollar ödəniş həyata keçirilib. Bu ödənişlərin 569,3 mln. dolları əsas borc kimi, 149,9 mln. dolları isə kreditlərə hesablanmış faizlərə görə həyata keçirilib. 

Hesabat ilində Azərbaycan tərəfindən beynəlxalq miqyasda xarici ölkələrə edilən inkişaf naminə yardımların və humanitar yardımların ümumi məbləği 2 380 250 dollar məbləğində olub. Hesabatda bildirilir ki, bu məbləğin 274,6 min dolları humanitar, 2,106 mln. dolları isə inkişaf naminə edilmiş yardımlara ayrılıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol