'"Qərbi Abşeron"' yatağında yeni quyu istismara verilib

Bu günlərdə "Azneft” İstehsalat Birliyinin sifarişi ilə "Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 30 nömrəli quyu horizontal qazmadan sonra istismara verilib.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, quyu Qirməki lay dəstəsindən elektrik dalma nasosu üsulu ilə məhsul vermiş, hazır süzgəclər endirilməklə 756,9-650,8 metr dərinlik intervalından sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft” İstehsalat Birliyinin "Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























