"Nestle"nin zavodu BAĞLANIR

"Nestle" Avstriyanın Linz şəhərindəki fabrikini bağlayacaq.
ANN.Az Milliyet-ə istinadən xəbər verir ki, "Nestle" tələbatın azalması və dəyişən istehlakçı trendləri səbəbiylə Avstriyanın Linz şəhərindəki fabrikini 2018-ci ilin mart ayına qədər bağlamağı planlaşdırdığını açıqlayıb.
1879-ci ildə açılan və ildə 6 min ton istehsal həyata keçirən Linz zavodunun bağlanmasıyla 127 şəxs işdən çıxarılacaq.
Qeyd edək ki, "Nestle"nin Avstriyadakı 16 zavodunda hazırda 1.000 adam çalışır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























