• $
  • €
  • ₽
  • ₺
  • £

PolyMart Caspian Energy Forum Baku – 2017-nin sponsoru olub

PolyMart Caspian Energy Forum Baku – 2017-nin sponsoru olub
10.03.2017 12:21
PolyMart 2017-ci il aprelin 12-də Bakıda keçirləcək 4-cü Beynəlxalq Caspian Energy Forum – 2017-nin (www.caspianenergyforum.com) sponsoru olub.

Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin verdiyi məlumata görə, Caspian Energy Forum – 2017-də Azərbaycan, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının başçıları, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng beynəlxalq şirkət rəhbərləri qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 deleqat iştirak edəcək.

"PolyMart” ASC-nin direktoru Rəşad Məmmədovun bildirdiyinə görə, Caspian Energy Forum – 2017 Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarının perspektivli istiqamətlərinin müzakirə meydanına çevriləcək. "Forum çərçivəsində Azərbaycanın dövlət başçısının qəbul etdiyi yol xəritələrinə uyğun ölkədə həyata keçirilən islahatlar müzakirə olunacaq ki, bu da öz növbəsində qeyri-neft sektorunun inkişafını gücləndirəcək, ixrac yönümlü məhsulların istehsalını təşkil etməyə yardım edəcək. Forumda Şərq-Qərb dəhlizi çərçivəsində tranzit axınının genişlənməsinə yönəlmiş nəqliyyat dəhlizlərinin inkişafına da toxunulacaq”, - deyə o vurğulayıb.

""PolyMart” ASC CEİBC ilə fəal əməkdaşlıq edir, beynəlxalq şirkətlərlə fəal əməkdaşlığa və xarici investisiyanın ölkəmizə cəlb olunmasına yönəldilmiş Caspian Energy Forum – 2017 kimi Xəzər-Qara dəniz regionu üçün əhəmiyyətli hadisəni dəstəkləyir”, - deyə Rəşad Məmmədov qeyd edib.

2015-ci ildən fəaliyyət göstərən "PolyMart” ASC-nin əsas fəaliyyət istiqaməti Azərbaycanda "P-Plast” markalı plastik boruların və boru birləşmələrinin istehsalı, eləcə də ölkədə və onun hüdudlarından kənarda su, qaz və kanalizasiya sistemlərinin quraşdırılması üçün tələb olunan materialların satışının təşkilidir. Şirkət həmçinin bir sıra xarici istehsalçıların rəsmi nümayəndəsidir.

Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər regionu dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.

4-cü Beynəlxalq Caspian Energy Forum – 2017-nin sponsoru "R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları "Asia Express & OCS, DSV”, "Azpetrol Ltd.” ASC və SİNAM-dır.

Forumda iştirak üçün //caspianenergyforum.com/index.php/en/registration linki vasitəsilə qeydiyyatdan keçmək tələb olunur.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol