• $
  • €
  • ₽
  • ₺
  • £

Yazın gəlişi ilə çaylarda suyun səviyyəsi dəyişib?

Yazın gəlişi ilə çaylarda suyun səviyyəsi dəyişib?
11.03.2017 12:16
Son günlər üzrə respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-180, Kiçik Qafqazın çaylarında 210-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-210 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, martın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 230 m3/s olmaqla ongünlük normanın 95 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 270 m3/s olmaqla ongünlük normanın 112 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 55 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 99 m3/s təşkil edərək ongünlük normanın 120 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, martın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 2, Salyanda 7, Araz çayının Novruzlu məntəqəsində 20 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 398 sm (2016-cı il martın 10-da 426 sm), Şirvanda 263 sm (2016-cı il martın 10-da 285 sm), Salyanda 200 sm (2016-cı il martın 10-da 233 sm), Bankədə 188 sm (2016-cı il martın 10-da 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 103 sm (2016-cı il martın 10-da 145 sm) təşkil edir.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol