“Azəriqaz” itkiləri açıqladı

Ötən il ərzində "Azəriqaz” İstehsalat Birliyi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 min 491 əhali, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq "qüsur aktı” tərtib olunub.
Oxu.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində SOCAR-ın "Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev bildirib.
Onun sözlərinə görə, 2016-cı il ərzində təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər də davam etdirilir:
"Bunun nəticəsidir ki, ötən il ərzində Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 min 491 əhali, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq "qüsur aktı” tərtib olunub.
Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 2 milyon 634 min 915 manat dəyərində dəymiş ziyan hesablanıb”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























