• $
  • €
  • ₽
  • ₺
  • £

Kürdəmir rayonunda yol yenidən qurulur

Kürdəmir rayonunda yol yenidən qurulur
13.03.2017 20:20
Avtomobil yolunun ümumi uzunluğu 34 km, mövcud eni 6 metr təşkil edir.

"Azəravtoyol" ASC Kürdəmir rayonu Karrar-Bağman-Böyük Kəngərli kəndlərarası avtomobil yolunun yenidən qurulması layihəsini həyata keçirir.

"Azəravtoyol”un Mətbuat Katibliyindən "Report"a verilən xəbərə görə, yenidənqurma işləri nəticəsində xüsusən payız-qış mövsümündə torpaq və çınqıl örtüklü yolla hərəkətdə yaşanan problemlər tam olaraq aradan qaldırılmış olacaq. Eyni zamanda, yol boyu yaşayan vərəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yoluna rahat və maneəsiz çıxış əldə etməklə, yük və sərnişin daşımasının xeyli asanlaşması nəzərdə tutulub. Bu isə öz növbəsində insanların yetişdirdikləri məhsulları rahat şəkildə daşıması ilə sözügedən ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

Yenidən qurulan IV texniki dərəcəyə uyğun Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun ümumi uzunluğu 34 km, mövcud eni 6 m təşkil edir. Hazırda ərazidə 10 m enində yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Yenidən qurulan yolun hərəkət hissəsinin eni layihə çərçivəsində 6 m, çiyinlərin eni isə 2 m təşkil edəcək. Tikintisi aparılan yol 2 hərəkət zolağından ibarət olacaq.

Torpaq işləri bitdikdən sonra yolun 200 min kv.m-dən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Bununla belə, tikinti işləri çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 11 ədəd suötrücü boruları quraşdırılması işləri də aparılacaq.

Bundan başqa, yol üzərində yerləşən 2 ədəd avtomobil körpüsünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub. Hər iki körpünün uzunluqları 60 m, hərəkət hissələrinin eni isə 5-6 m təşkil edir.

Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, yenidənqurma işləri 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investesiya xərcləri) xərcləri hesabına aparılır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol