Türkiyə Mərkəzi Bankı proqnozlarını yeniləyib

Türkiyə iqtisadiyyatının bu il 2,9% artacağı gözlənilir
ANN.AZ/ Türkiyə Mərkəzi Bankı (TCMB) proqnozlarla bağlı mart hesabatını açıqlayıb. "ANN"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, sənədə əsasən, 2017-ci ilin sonunda ABŞ dollarının məzənnəsi 3,8495 TRY/USD təşkil edəcək. Qeyd edək ki, fevral proqnozunda bu göstərici 3,8807 TRY/USD-yə bərabər olub.
İlin yekununda inflyasiya göstəricisi əvvəlki hesabatda 8,87% olduğu halda, martda 9,08%-ə yüksəldilib.
Hesabata əsasən, Türkiyənin 2017-ci ildə iqtisadi artım tempi 2,9% səviyyəsində saxlanılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























